image-1backend

Co Bayden İsrail və ”Həmas” arasında əldə olunan müvəqqəti atəşkəslə bağlı bəyanat yaydı

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden girovların azad edilməsinə dair İsrail və ”Həmas” arasında əldə olunan müvəqqəti atəşkəslə bağlı razılaşmanı alqışladıqlarını bildirib.

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden girov mübadiləsi razılaşması və 4 günlük müvəqqəti atəşkəslə bağlı açıqlama verib.

Açıqlamasında Qəzzada öldürülən minlərlə mülki vətəndaşdan bəhs etməyən Bayden deyib: “Həmasın oktyabrın 7-də İsrailə etdiyi hücum zamanı əsir götürdüyü girovların azad edilməsinə dair razılaşmanı alqışlayırıq.Biz bu razılaşmanın amerikalı girovları evlərinə qaytaracağını gözləyirik. Mən Qətər Şeyxi Təmim bin Həməd Əl-Taniyə və Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə bu razılaşmanın əldə edilməsində kritik tərəfdaşlığa görə təşəkkür edirəm. Mən həmçinin Baş nazir Netanyahunun bu razılaşmanın tam icrasını təmin etmək üçün uzadılmış fasiləni dəstəkləməklə bağlı qətiyyətini yüksək qiymətləndirirəm. Prezident kimi mənim bütün dünyada girov saxlanılan amerikalıların təhlükəsizliyini təmin etməkdən üstün prioritetim yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki