İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində müəyyən edilən separatçı terror təşkilatı PKK-dan 2 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda “İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu komandolarımız tərəfindən zərərsizləşdirilib. Harada olursa olsun terror təşkilatı PKK ilə mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!…” deyilib.
Nazirlikdən verilən daha əvvəlki açıqlamada da, Suriyanın şimalında “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyat bölgəsində hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG-dən 5 terrorçu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda “Terrorçular üçün heç bir yer təhlükəsiz deyil! “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib” ifadələrdən istifadə edilib.


























