image-1backend

Daha bir ştatda Trampın namizədliyi qadağan edildi – Son qərarı Ali Məhkəmə verəcək

image-reklam_sirab_01

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Men ştatında Respublikaçılar Partiyasının ilkin seçkilərində prezidentliyə namizədliyini irəli sürməsi qadağan edilib. Bu qərarı ştatın dövlət katibi Şanna Bellows verib.

Beləliklə, Men ABŞ-ın Koloradodan sonra prezident seçkilərində Trampın adının bülletenlərə salınmasının rəsmən qadağan edildiyi ikinci ştat oldu.

Kolorado Ali Məhkəməsi kimi Bellows da Trampa qarşı qərarını fitnəçilərin vəzifəyə namizədliyini qadağan edən Konstitusiyaya 14-cü Düzəlişlə əsaslandırıb. Demokratlar Partiyasının üzvü Şanna Bellows bildirib ki, Tramp 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etməyə çalışıb və tərəfdarlarını 2021-ci ilin yanvarında Kapitoliyə basqın etməyə təhrik edib.
Donald Trampa qarşı oxşar iddialar daha əvvəl bir neçə başqa ştatda da qaldırılmışdı. Minnesota Ali Məhkəməsi keçmiş Prezidentin namizədliyini qadağan etməkdən imtina etdi, Miçiqanda isə prezidentliyə namizədin diskvalifikasiyasının hüquqi deyil, siyasi məsələ olduğu əsas gətirilərək, bu məsələyə Konqresin qərar verməli olduğuna qərar verildi.

Bir neçə əyalət Ali Məhkəməsinin ziddiyyətli qərarlarından sonra bu məsələ ilə bağlı son səlahiyyət ölkənin Ali Məhkəməsində qalır. Kolorado Respublikaçılar Partiyası ABŞ Ali Məhkəməsinə müraciət edərək, ştat Ali Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. İddiaçılar iddia edirlər ki, “qərar nəticəsində Respublikaçılar Partiyasının aparıcı namizədi Amerika demokratiyasının kursunu dəyişdirərək ilkin və ümumi seçkilərdən kənarlaşdırılıb”.

ABŞ Ali Məhkəməsinin tezliklə iddiaya baxacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki