Dünən Danimarkanın Apellyasiya Məhkəməsi iranlı müxalifət qrupunun üç üzvünün Səudiyyə Ərəbistanının xeyrinə casusluq etmək cinayəti barədə yekun qərar verərək, cinayətin baş verdiyini təsdiqləyib.
Məlumata görə, 2022-ci ildə Danimarka məhkəməsi qeyd edilən üç nəfəri Səudiyyə Ərəbistanın İrandakı kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda casusluq və terror fəaliyyətlərində təqsirləndirib.
Qeyd olunub ki, təqsirkarları Danimarka hökuməti, xarici təşkilatlar və bir sıra vəzifəli şəxslər barədə Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətinə məlumat vermək də daxil olmaqla çoxsaylı cinayətlərə görə 12 ilə qədər həbs cəzası gözləyir.


























