image-1backend

Danimarka Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükünü təxirə saldı

image-reklam_sirab_01

Danimarkanın Ukraynaya ilk F-16 qırıcı təyyarələrinin tədarükü altı aya qədər təxirə salınıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Danimarka əvvəlcə ilin əvvəlində F-16 təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırırdı.

“Mövcud qrafikə əsasən, transferin 2024-cü ilin ikinci rübündə həyata keçirilməsi planlaşdırılır”, – Danimarka Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Danimarka və Hollandiya Ukraynaya Amerika F-16 qırıcıları verməyə razılaşan ilk ölkələr olub. Ağ Ev təsdiq edib ki, Ukrayna pilotları təlim keçdikdə üçüncü ölkələrdən qırıcı təyyarələr alacaq. Hollandiyanın müdafiə naziri Kaisa Olonqren 2024-cü ildə ilk F-16 döyüş təyyarələrini Kiyevə göndərməyi gözlədiklərini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki