image-1backend

Dünyanın ən çirkli şəhəri bəlli oldu

image-reklam_sirab_01

Yeni Dehlinin də daxil olduğu Dehli Milli Paytaxt Bölgəsi dünyanın ən çirkli paytaxtı kimi tanınıb və ən çirkli havaya malik şəhər Hindistanın Begusarai aqlomerasiyası olub.Vətəninfo.az-ın  məlumatına görə , bu barədə İsveçrənin IQAir təşkilatının hazırladığı 2023-cü ildə dünyada havanın keyfiyyəti ilə bağlı araşdırmada deyilir.

“Dehlidə PM2.5 səviyyəsi 2022-ci ildə kubmetr üçün 89,1 mikroqramdan 2023-cü ildə 92,7 mikroqrama qədər pisləşib”, Hindistanın APB News qəzeti tədqiqatdan çıxarışlara istinadən yazır.

Belə ki, şəhərin havasında PM2.5 (tənəffüs sisteminə dərindən nüfuz edə bilən və sağlamlıq problemlərinə səbəb ola bilən incə bərk hissəciklər) 60 μq/m3 təhlükəsiz həddi xeyli üstələyir.

Araşdırmaya görə, 2018-ci ildən bəri Hindistanın paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxtı kimi tanınıb.

Üstəlik, dünyanın ən çirklənmiş aqlomerasiyası (şəhərətrafı əraziləri olan şəhər) Bihar ştatında Hindistanın Bequsarayı kimi tanınıb. Hər kubmetrdə orta hesabla 118,9 mikroqram PM2,5 qeydə alınıb. Son vaxtlar şəhərdə havanın keyfiyyətinin pisləşdiyi qeyd edilir. 2022-ci il reytinqində Bequsarayın adı belə çəkilməyib.

Hindistan da havanın ən çirkli olduğu ölkələr sırasındadır və illik orta hesabla hər kubmetr PM2.5 54,4 mikroqramdır. Hindistan 2023-cü ildə 134 ölkə arasında Banqladeş (79,9 mikroqram/m3) və Pakistandan (73,7 mikroqram/m3) sonra üçüncü ən pis hava keyfiyyətinə malikdir. 2022-ci ildə Hindistan 53,3 mikroqram/m3 orta PM2.5 miqdarı ilə ən çox çirklənmiş ölkələr arasında səkkizinci yerdə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki