image-1backend

Ekvadorda qiyam: Polis və tələbələr qətlə yetirildi

image-reklam_sirab_01

Ekvadorda olduqca gərgin vəziyyət hökm sürür. Vətəninfo.az xəbər verir ki, ölkənin cəzaçəkmə müəssisələrində məhbusların iğtişaşları və ictimai yerlərdə cinayətkar qrupların vəhşicəsinə zorakılıqları ilə müşayiət olunan Ekvadorda gərgin vəziyyət davam edir.

Yerli KİV-in məlumatına görə, silahlı cinayətkarlar küçələrdə və başqa yerlərdə asayiş keşikçilərini güllələyib öldürürlər.

Bundan əlavə, quldur dəstələrinin Ekvadorda Guayaquil Universitetində 50 tələbəni öldürdüyü, məktəb yaşlı bir qızı isə küçədə öldürdüyü bildirilir.

Yerli hakimiyyət geniş yayılmış xaosun qarşısını almağa çalışır. Küçələrdə hərbi texnika peyda oldu.

Əlavə edək ki, Ekvador prezidenti Daniel Noboa ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki