image-1backend

 “Əl-Cəzirə” telekanalının prezidentinin oğlu qətlə yetirildi

image-reklam_sirab_01

Əl-Cəzirə telekanalının prezidenti Vael Dahduhun oğlu Həmzə Dahduh İsrailin hava hücumu nəticəsində həlak olub. Vətəninfo.az  xəbər verir ki, onun digər jurnalistlərlə birlikdə olduğu avtomobil partladılıb.

Vael Dahduh oktyabrın 26-da İsrailin hava hücumu nəticəsində həyat yoldaşı, iki uşağı və bir nəvəsi də daxil olmaqla daha dörd qohumunu itirib. Onun özü də keçən ay Əl-Cəzirə telekanalının operatoru Samer Abu Dhakanın ölümü ilə nəticələnən hücumda yaralanıb.

Daha sonra telekanal Dahduhla maşında olan digər jurnalisti Mustafa Turayanın öldüyünü açıqlayıb. Digər həmkarı Hazem Rəcəb isə ağır yaralanıb.

Kanal İsrail qüvvələrinin hərəkətlərini pisləyib, Beynəlxalq Cinayət Məhkəməsini, hökumətləri, insan haqları təşkilatlarını və BMT-ni “İsraili iyrənc cinayətlərinə görə cavabdeh olmağa” çağırıb və “hücumlara və jurnalistlərin öldürülməsinə son qoyulmasını” tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki