image-1backend

Erməni generaldan müharibə xəbərdarlığı:”Təşviş üçün əsas yoxdur”

image-reklam_sirab_01

Ermənistan əhalisi təşviş içində hər an Azərbaycan Silahlı Qüvvələrinin hücumunu gözləyir. Ölkə rəhbərliyi bu gözləntiləri daha da qızışdırır.

Vətəninfo.az xəbər verir ki, iş o yerə çatıb ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan vətəndaşları sakit etmək üçün heç bir təhlükənin olmaması haqda bəyanat verib: “Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin heç bir cəmləşməsini müşahidə etmir, sərhəddə əməliyyat vəziyyəti sabitdir”.

Asryan həm də bəyan edib ki, “Ermənistan hələ də KTMT-dən çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki