“Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.” –Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan Gömrük Komitəsinin sədr müavini Karen Tamazyan bildirib .
“Gömrük texniki vasitələri, pasport nəzarəti, eləcə də sərhəd mühafizəsi baxımından sərnişinlərə lazımi xidmət göstərmək üçün bütün infrastrukturlar hazırdır”, – deyə Karen Tamazyan bildirib.


























