image-1backend

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməyə baxılacaq

image-reklam_sirab_01

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə ilə bağlı mövqeyini bildirəcək.

Vətəninfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan məlumat verib.

Məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Bundan əvvəl sənəd Ermənistan hökumətinin iclası zamanı təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki