image-1backend

Filip Lazzarini: “İsrail yardımların Qəzza zolağına daxil olmasına mane olur”

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bəyan edib ki, İsrail yardımların Qəzza zolağına daxil olmasına mane olur.

Vətəninfo.az xəbər verir ki, Filip Lazzarini Misir hökumətinə yaxın olan “el-Kahire el-İhbariyye” telekanalına verdiyi açıqlamada Qəzzadakı vəziyyətdən danışıb.

BMT rəsmisi “Misir tərəfi hadisələr başlayandan bəri bir gün belə “Rəfah” keçid məntəqəsini bağlamadı. Qəzza zolağına yardımın çatdırılmasını ləngidən və mane olan tərəf İsrailin tətbiqləridir” deyib.

UNRWA komissarı general Lazzarini İsrailin ayrıseçkilik etmədən hücumlarına diqqət çəkərək, “Dünya İsrailin ölüm maşınının günahsızları qətlə yetirdiyinə şahid oldu” deyib.

Bu arada, İsrail qüvvələrinin 100 gündür hücumlarını davam etdirdikləri Qəzza zolağında ərzaq yardımı almaq üçün toplaşan minlərlə fələstinliyə atəş açması nəticəsində çox sayda insan yaralanıb.

Minlərlə fələstinli beynəlxalq yardım təşkilatları tərəfindən çatdırılan ərzaq yardımını almaq üçün Qəzza şəhərinin Tel əl-Heva bölgəsindəki Ər-Rəşid küçəsində toplaşıb.

İsrail qüvvələri kömək üçün toplaşan minlərlə fələstinliyə ağır silahlardan atəş açıb.

Çox sayda fələstinli güllələnərək yaralanarkən, hadisədən sonra izdihamda əzilən bir çox insanın sınıqları var.

Təxminən 800 min fələstinlinin aclıq və susuzluq təhlükəsi ilə üzləşdiyi Qəzza zolağının şimalına bir ayda ilk dəfə ərzaq yardımı dünən gəlib.

“Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.

Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.

Artan gərginlikdə təxminən 24 min fələstinli həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki