Finlandiya Rusiya ilə bütün sərhədini bağlamağa hazır olduğunu bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Finlandiyanın maliyyə naziri və Baş nazirin müavini Riikka Purra bu barədə ölkədə yayımlanan “Yle TV1” telekanalının A-Talk proqramında bildirib:
“Əgər bağlanma sərhəddəki vəziyyəti sakitləşdirməyə kömək etməsə, növbəti addımı atmaq üçün çox kiçik bir addım qalıb. Bu addım da bütün şərq sərhədini bağlamaq və sığınacaq tələblərini şərq sərhədindən uzaqlaşdırmaqdır”.
Qeyd edək ki, Finlandiya ölkəyə qaçqın axınının qarşısını almaq üçün bu gündən (18 noyabr) Rusiya ilə sərhədindəki 9 keçid məntəqəsindən 4-nü bağlamaq qərarına gəlib.