Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli zirehli texnikanın 24-ü Ermənistana gətirilir, daha 26-sı sonradan gətiriləcək, hazırda istehsal mərhələsindədir. Vətəninfo.az xəbər verir ki, bu bu barədə Fransa Senatının Müdafiə Departamentinin büdcəsində qeyd olunub .
Sənəddə o da bildirilir ki, Ermənistan bu yaxınlarda GM 200 radarlarının alınmasına dair sərəncam imzalayıb və MISTRAL 3 raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.


























