image-1backend

Fransada terror xofu: Məktəblər bağlandı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Fransanın şimal-şərqində terror təhlükəsi səbəbindən 30-a yaxın məktəb bağlanıb. Bəzi məktəblərdə şagirdlərin təxliyəsi də həyata keçirilib. Məktəblər əsasən Aşağı Reyn və Yuxarı Reyn departamentlərində yerləşir. Partlayışa hazırlandığı iddia edilən təhsil müəssisələrinə məlumat daxil olub.

Anonim mesajların birində cinayətkar olduğu iddia edilən şəxslər məktəbin hər yerində partlayıcıların yerləşdirildiyini və onu partlatmaq niyyətində olduqlarını bildiriblər. Son bir həftə ərzində İle-de-France və Aude-de-France departamentlərindəki 150 fransız məktəbi belə xəbərdarlıqlar alıb. Fransa hakimiyyəti Rusiyada baş verən terror aktından sonra ölkənin terror təhlükəsi səviyyəsini qaldırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki