image-reklam-veteninfo
image-1backend

Gələn il NATO – Rusiya müharibəsi olaсaq? – Peskovdan açıqlama

image-reklam-veteninfo

Kremlin sözçüsü Dmitri Peskov Almaniyanın “Bild” qəzetində gələn il Rusiya-NATO müharibəsinin başlayaсağı ilə bağlı dəsr olunan məqaləni şərh etməkdən imtina edib.

“Bild”-in məqalələrini şərh etməkdən çəkinərdim, çünki son vaxtlar həmin nəşr dezinformasiya dərc etməkdən çəkinmir”, – Peskov bildirib.

“Bild” Almaniya Silahlı Qüvvələrinin məxfi sənədlərinə əsaslanaraq yazıb ki, Bundesver 2025-ci ilin yayında NATO ilə Rusiya arasında müharibə ehtimalını istisna etmir. Alman hərbçilərinin təhlilinə görə, 2024-cü ilin payızında Rusiya Kalininqrad vilayətinə əlavə qoşunlar və uzaqmənzilli raketlər yerləşdirdirsə, vəziyyət daha da pisləşə bilər.

“2025-ci ildə NATO-nun şərq qanadında sərhəd münaqişələri baş verə bilər, bundan sonra alyans bu regionda 300 minə yaxın hərbçi yerləşdirəcək”, – “Bild” məxfi sənədlərə istinadən yazır.

Almaniyanın Müdafiə Nazirliyi də bu məlumatı şərh etməkdən imtina edib.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki