Vətəninfo.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağından azad edilmiş girov qrupunun İsrail ərazisinə doğru irəlilədiyi barədə Qırmızı Xaç Cəmiyyətindən bildiriş alıb.
“Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, 10-u İsrail və 2-si xarici vətəndaş olmaqla 12 girov İsrail ərazisinə keçir”, – ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Öz növbəsində İsrail bu gün 15-i yeniyetmə olmaqla 30 fələstinli məhbusu azad edəcək.