image-655f18aa233ffbackend

Herzi Halevi: ”Qəzzaya hücumlar davam edəcək”

image-reklam_sirab_01

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi sabah başlaması gözlənilən humanitar fasilədən sonra Qəzza zolağına hücumların davam edəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Herzi Halevi işğal altındakı Qəzzanın şimalında bəzi yüksək vəzifəli komandirlərlə görüşüb.
“Biz müharibəni bitirmirik. Qələbə əldə edənədək davam edəcəyik, irəliləyəcəyik və ”Həmas”ın nəzarətindəki digər bölgələrdə də davam edəcəyik”,-Herzi Halevi qeyd edib.
İsrail prezidenti Benyamin Netanyahu da dünən verdiyi açıqlamada humanitar fasilədən sonra Qəzza zolağına hücumların davam edəcəyini bildirib.
Qətər və Misirin vasitəçiliyi ilə İsrail və ”Həmas” arasında məhbus mübadiləsi ilə bağlı razılığın əldə edildiyi açıqlanmışdı.
Bu kontekstdə Qəzza zolağında baş verən qarşıdurmalarda 4 günlük humanitar fasilənin olacağı nəzərdə tutulur.
Hələlik rəsmi açıqlama verilməsə də, humanitar fasilənin sabahdan başlayacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki