image-1backend

Hindistanın qərbində gün ərzində ildırım çaxması nəticəsində azı 20 nəfər ölür

image-reklam_sirab_01

Hindistanın qərbindəki Qucarat ştatında son sutka ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb. Vətəninfo.az -ın məlumatına görə , ştatın Fövqəladə Hallar Mərkəzindən bildirilib ki, ştatda ilin bu vaxtı qeyri-adi güclü tufanlar qeydə alınıb.

“Hələlik Qucaratın müxtəlif yerlərində ümumilikdə 20 ölüm faktı qeydə alınıb. Bütün bu hallar noyabrın 26-da ştatda tüğyan edən mövsümi olmayan yağışlar zamanı baş verən ildırım vurmaları ilə bağlıdır”, – TASS departamentin bəyanatından sitat gətirir.

Leysan yağışları Qucaratın müxtəlif bölgələrində də əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya İdarəsi bildirib ki, 16 saat ərzində ştatın müxtəlif bölgələrində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alınıb. Meteoroloqların proqnozuna görə, noyabrın 27-də yağıntılar azalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki