image-reklam-veteninfo
image-1backend

Hollandiya Ukraynaya 18 ədəd F-16 qırıcısı VERİR

image-reklam-veteninfo

Hollandiya Ukraynaya 18 ədəd F-16 qırıcısı tədarük edəcək. Vətəninfo.az-ın məlumatına görə, bu barədə Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte özünün X mikrobloqunda məlumat verib.

“Bu gün mən prezident Zelenskiyə hökumətimizin Ukraynaya çatdırılmaq üçün ilkin 18 ədəd F-16 döyüş təyyarəsini hazırlamaq qərarı barədə məlumat verdim. F-16-ların tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərin ən mühüm elementlərindən biridir”, – Rutte qeyd edib.

O, əlavə edib ki, ixrac icazəsi ilə yanaşı, daşınmazdan əvvəl bir sıra digər meyarlar, o cümlədən kadr və infrastruktur tələbləri də yerinə yetirilməlidir.

“Bu qərar Niderlandın Ukraynaya Rusiyanın təcavüzünə cavab vermək üçün lazım olan dəstəyi göstərməklə bağlı sarsılmaz öhdəliyini təsdiqləyir”, – Rutte yazıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki