image-1backend

İran ABŞ-ın təyyarədaşıyan gəmisinin yaxınlığına raket yerləşdirdi

image-reklam_sirab_01

İran Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin Duayt Eyzenhauer aviadaşıyıcısının zərbə qrupunun video və dron fotolarını yayıb. Bu barədə Vətəninfo.az Tasnim” agentliyinə istinadən xəbər verir.

İranın zenit-raket kompleksləri Hörmüz boğazından Fars körfəzinə keçərkən Amerikanın təyyarədaşıyan zərbə qrupuna kifayət qədər yaxınlaşıb.

640c7377-7c4e-41ba-b7c8-eeac63e4a3ce.jpg (82 KB)

Tasnim-in məlumatına görə, Amerika təyyarədaşıyan zərbə qrupunu insanlı və pilotsuz kəşfiyyat sistemləri izləyib.  

İran İnqilabı Keşikçiləri Korpusunun komandirləri və yüksək səviyyəli rəsmiləri bəyan ediblər ki, Duayt Eyzenhauer təyyarədaşıyan zərbə qrupunun mövcudluğu nəinki təhlükəsizlik vəziyyətini dəyişmir, həm də regionda gərginlik və etibarsızlığa səbəb olur. Mesajda bildirilir ki, region ölkələri xarici müdaxilə olmadan regionun təhlükəsizliyini təmin edə bilər.

şəkil-7f433d7052.jpg (30 KB)

Xəbər verdiyimiz kimi , noyabrın 26-da “Dwight Eisenhower” aviadaşıyıcısının zərbə qrupu Fars körfəzinin sularına daxil olub. ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, zərbə qrupu “əsas beynəlxalq su yollarında naviqasiya azadlığını təmin etmək” üçün patrul xidməti həyata keçirəcək.  

Amerika Birləşmiş Ştatları-Dəniz Qüvvələri-janae-chambers-857155293.jpg (116 KB)

İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasındakı qarşıdurma zamanı silahlı qruplar Yəmən sahillərində və Qırmızı dənizdə bir neçə dəfə İsrailə bağlı gəmiləri ələ keçiriblər . Bundan əlavə, Yəməndə husi üsyançılarının nəzarətində olan ərazilərdən Amerika hərbi gəmilərinə ballistik raketlər atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki