Vətəninfo.az xəbər verir ki, İranın energetika nazirinin müavini Məhəmməd Cavanbəxt vurğulayıb ki, Araz çayının çirklənməsinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur.
O, Tehranda Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı nazirinin müavini Əbubəkr Gizligedərin iştirakı ilə keçirilən İran və Türkiyə arasında su sahəsində əməkdaşlıq üzrə birgə komissiyanın ikinci iclası çərçivəsində Araz çayının geniş şəkildə çirklənməsi ilə bağlı bunları deyib:
“Bu məsələnin Türkiyə ilə heç bir əlaqəsi yoxdur və başqa yollarla təqib edilməlidir”.