image-1backend

İran şirkətləri Ermənistanda yol tikintisinə başlayıb

image-reklam_sirab_01

İran şirkətləri Ermənistanda Şimal-Cənub nəqliyyat dəhlizi olan İranla sərhəddə Kacaran-Aqarak magistralının 32 kilometrlik hissəsinin yenidən qurulmasına başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İran-Ermənistan Birgə Ticarət Palatasının “Telegram” kanalı məlumat yayıb.

Layihə İranın iki podratçı şirkəti tərəfindən həyata keçirilir.

5 yeni yolayrıcının, 6 yol ötürücüsünün, 2 tunelin və 17 körpünün tikintisi nəzərdə tutulur.

Layihə üç il ərzində tamamlanmalıdır.

Layihənin dəyəri İrəvan üçün 214,6 milyon dollar təşkil edəcək və Avrasiya İnkişaf Bankının krediti və Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki