Vətəninfo.az xəbər verir ki, Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib:
“Yeni il ərəfəsində biz İran hökumətinin və parlamentinin bir qrup rəsmisi ilə birgə yeganə xristian qonşu ölkəmiz olan Ermənistana səfər etdik.
Bu gün Ermənistanın hörmətli baş naziri və xarici işlər naziri ilə çox mühüm görüşümüz və danışıqlarımız oldu.
Görüşdə Tehran və İrəvan arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə edildi və Cənubi Qafqazda davamlı sülh və sabitlik, İranın Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında fəal aktor və təminatçı kimi oynaya biləcəyi rolu müzakirə etdik.
İran Ermənistanın ərazi bütövlüyünü və milli suverenliyini dəstəkləyir.
İranın Ermənistanla həmişə tarixi əlaqələri olub və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq günü-gündən möhkəmlənir. İran Ermənistanda sülh, sabitlik və təhlükəsizliyin tərəfdarıdır”.


























