Vətəninfo.az İSNA-ya istinadən xəbər verir ki, ötən gecə Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ meydana gəlib.
Məlumata görə, sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bu haqda deyib:
“Zahidanda baş verən 4,7 bal gücündə zəlzələdən sonra 71 yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdirılıb”.