Vətəninfo.az “Fars News” agentliyinə istinadən xəbər verir ki, Xuzistan əyalətində çörəyin qiyməti bir gündə 30% bahalaşıb.
Bir sıra xəbər saytlarının məlumatına görə, bundan öncə ölkənin 13 əyalətində çörəyin qiymətinin 40% bahalaşmasından sonra İran prezidenti İbrahim Rəisi bunun bir daha baş verməyəcəyinə söz vermişdi.
Qeyd olunub ki, İranın iqtisadiyyat naziri Ehsan Xanduzi qiymət artımının əyalətin məsul şəxslərinin təklifi və Daxili İşlər Nazirliyinin razılığı ilə həyata keçirildiyini deyib.


























