Vətəninfo.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, dünən iranlı jurnalist Nəsim Sultanbeygi Evin Prokurorluğunun birinci şöbəsinə cağırıldıqdan sonra orada həbs edilib və 3 il 6 ay cəzasını çəkmək üçün bədnam Evin zindanına köçürülüb.
Məlumata görə, jurnalist “hökumət əleyhinə təbliğat aparmaq, toplaşmaq və əlbir olmaq”da ittiham edilib.
Qeyd edək ki, o, 2022-ci ilin 22 dekabr tarixində ölkədən çıxmaq istəyərəkən Tehranın “Xomeyni” beynəlxalq hava limanında saxlanılaraq həbs edilib və fevralın 6-da bir milyard tümən (40 min 522 ₼) girov qarşılığında zaminə buraxılıb.


























