image-1backend

İranın müdafiə nazirindən ikibaşlı açıqlama: “Qafqaz regionu başqaları üçün rəqabət meydanına çevrilməməlidir”

image-reklam_sirab_01

Vətəninfo.az İRNA -ya istinadən xəbər verir ki, dünən İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiyani Tehranda səfərdə olan erməni həmkarı Suren Papikyan ilə görüşdə deyib:
“Təhlükəsizliyi regiondan kənarda axtarmaq əks nəticə verir, bölgəni güc münaqişəsi meydanına çevirir, regionda təhlükəsizlik və sabitliyə daha çox problemlər yaradır. Ona görə də, Qafqaz regionunun başqaları üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik”.
“İranın mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və əraziləri üzərində suverenlik hüquqlarını dəstəkləmək və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməməsidir. İki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların, dayanıqlı sülhün və birbaşa əlaqələrin tərəfdarıyıq”, – deyə, Aştiyani əlavə edib
Ermənistanın müdafiə naziri Suren Papikyan isə iranlı həmkarının sözlərini təsdiqləyərək bildirib:
“Hər iki ölkənin bölgədə sabitliyə eyni baxışının olması bizim üçün çox önəmlidir. Biz regional inkişaf və təhlükəsizliyi nəzərə almaqla ikitərəfli münasibətləri daha da yaxınlaşdırmağa çalışmalıyıq. Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsi və dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı İran hökumətinin fikri ilə razıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki