Dünən “Şərif” Texnologiya Universitetinin kompüter mühəndisliyi fakültəsinin keçmiş professoru Əli Şərifi Zarçi “X” hesabında bir sıra yazılar paylaşaraq, İrandan mühacirət tendensiyasına görə narahatlığını ifadə edib:
“Ölkələrarası mütəxəssis mübadiləsi ölkədən çıxan mütəxəssis qədər, digər ölkələrdən mütəxəssisin ölkəyə gəlməsinə deyilir. Hökumət bu müdabiləni ört-basdır edir. İndiki vəziyyət ölkədən kütləvi şəkildə qaçışdır”.


























