image-2backend

İranlılar Türkiyəyə axışır: sərhəddə tıxac yarandı

image-reklam_sirab_01

Martın 18-dən başlayaraq İran-Türkiyə sərhədinin Bazərqan gömrük-keçid məntəqəsində izdiham yaranıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Məlumata görə, Novruz bayramı günlərini Türkiyədə keçirmək istəyən on minlərlə iranlı Bazərqana axışıb.

Bildirilib ki, ölkədən çıxmaq istəyənlərin sayının çox olmasına baxmayaraq, 1 saata yalnız 10 nəfər gömrük-keçid məntəqəsindən buraxılır. Şəxsi avtomobilləri ilə Türkiyəyə keçmək istəyənlərin sayı çox olduğuna görə Bazərqan və ətraf bölgələrdə də tıxaclar yaranıb.

Qeyd edək ki, iranlıların bayram tətilləri zamanı ən çox səfər etdikləri ölkə Türkiyədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki