image-1backend

 İsrail Hərbi Hava Qüvvələri Suriya mövqelərinə zərbə endirdi

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələri Suriya hərbçilərinin Dəməşq yaxınlığındakı mövqelərinə raket zərbəsi endirib. Vətəninfo.az  xəbər verir ki , bu barədə SANA agentliyi Suriya Silahlı Qüvvələri Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Suriyanın HHM qüvvələri düşmən hədəflərini atəşə tutub. “Suriya hava hücumundan müdafiə qüvvələri İsrailin təcavüzkar hücumunu əks-hücumla dəf edə bilib, düşmənin bəzi raketləri paytaxta yaxınlaşarkən vurulub”, – komandanlığın nümayəndəsi bildirib.

O, Dəməşqə hücumun 01:20-də Qolan təpələri tərəfindən həyata keçirildiyini izah edib. “Nəticədə maddi ziyan dəyib, şəxsi heyət arasında itki olmayıb”, – nümayəndə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki