Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 23 469-a, yaralıların sayı isə 59 604 nəfərə yüksəlib.
İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda daha 112 fələstinli həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrindəki evləri, yurd-yuvalarından didərgin düşən fələstinlilərin sığındıqları yerləri və qaçqın düşərgələrini bombalamağa davam edib.
Fələstin Qızıl Aypara Təşkilatı İsrailin Rəfah şəhərindəki bir evi hədəf alması nəticəsində 9 nəfərin öldüyünü açıqladı.
İsrail döyüş təyyarələrinin Rəfah şəhərinin şərqindəki Əl-Şavke bölgəsindəki bir evi hədəf alması nəticəsində azı 9 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
İsrailin Qəzza zolağının müxtəlif bölgələrini havadan və qurudan intensiv şəkildə bombalaması nəticəsində 30 fələstinli həyatını itirib.
İsrail təyyarələri Xan Yunisin mərkəzinə ağır zərbələr endirib, yaralılara yardım etmək istəyən səhiyyə işçilərini hədəf alıb.


























