İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqın düşərgəsindəki bir evi bombalaması nəticəsində 27 fələstinli həlak olub.
Vətəninfo.az xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, yerli mənbələr İsrail döyüş təyyarələrinin Nusayrat qaçqın düşərgəsindəki bir evə hava hücumu təşkil etdiyini bildirib.
Mənbələr hücumda əksəriyyəti köçkün olan 27 nəfərin öldüyünü və çox sayda insanın yaralandığını qeyd edib.
Qəzza şəhərinin şərqindəki Ed-Durc məhəlləsindəki Sidra bölgəsinə İsrail döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumunda ölənlərin olduğu bildirildi.
İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 31 800-dən çox fələstinli həyatını itirib.


























