image-1backend

İsrail ordusu Qəzzada əməliyyata başladı

image-reklam_sirab_01

İsrail ordusu Qəzzanın cənub bölgəsində əməliyyata başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

“Biz Qəzzanın şimalında kifayət qədər qızğın və israrla döyüşmüşük, indi də cənubda döyüşəcəyik.

Eyni zamanda, Tsaxalın mətbuat xidməti Suriyadan İsrailə doğru raketlərin buraxılması barədə məlumat yayıb. Məlumata görə, İsrail Suriyanın cənub-qərbində iranpərəst qrupların yaraqlılarına cavab zərbəsi endirib.

İsrailin İranın fəaliyyətini izləmək üçün Qırmızı dənizə bir neçə döyüş gəmisi və sualtı qayıq göndərdiyi də bildirilir.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də qanlı hücumlara rəhbərlik edən HƏMAS batalyonunun komandiri Heitham Huwajarinin öldürüldüyünü açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki