Qəzza zolağında davam edən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri bir neçə mühüm obyekti, o cümlədən fələstinli radikalların komandanlıq mərkəzlərindən birini nəzarətə götürüb. Vətəninfo.az xəbər verir ki, bu barədə IDF Telegram kanalı məlumat yayıb.
Mövcud məlumata görə, İsrail əsgərləri HƏMAS-a qarşı fəal mübarizə aparır. İDF-nin 188-ci briqadasının əsgərləri Qəzza Şəhər Briqada Komandanlığının komanda mərkəzi və batalyonun mərkəzi qərargahı da daxil olmaqla bir neçə əsas qurğuya operativ nəzarəti ələ keçirib.
Ərazidə aparılan araşdırmalar nəticəsində HƏMAS briqadası komandirinin komanda mərkəzi dağıdılıb və külli miqdarda silah-sursat götürülüb.
Bundan əlavə, israillilər Qəzza məscidlərindən birində raket istehsalı sexi aşkar ediblər.