image-1backend

İsrail ordusunun Qəzzaya hücumlarında ölənlərin sayı artmaqda davam edir

image-reklam_sirab_01

İsrail ordusunun gecə saatlarında Qəzza zolağının mərkəzi və cənubundakı şəhərlərə təşkil etdiyi hücumlarda ən azı 15 fələstinlinin həyatını itirdiyi açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Bələh və cənubda Xan Yunis şəhərinin şərqindəki əl-Manara məhəlləsində mülki əhalinin yaşadığı 2 evə hücum edib.

Hücumlarda əksəriyyəti uşaq olan ən azı 15 fələstinli həlak olub, çoxlu sayda insan isə yaralanıb.

Digər tərəfdən, Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasından olan mənbələr cümə səhərindən gecə yarısına qədər xəstəxanaya 35 “şəhid” və 60-dan çox yaralının gətirildiyini bildirib.

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 9 min 730-u uşaq, 6 min 830-u qadın olmaqla, 22 min 600 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində Nablus, Beytüllahim, Selfit və Qüdsdə gecə saatlarında basqınlar həyata keçirib. İsrail qüvvələri fələstinlilərin evlərinə ziyan vurub və azı 3 gənci həbs edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki