image-1backend

İsrail Qəzzada nə qədər hərbçi itirdiyini açıqladı

image-reklam_sirab_01

İsrail ordusu mühasirə altındakı Qəzza zolağında baş verən qarşıdurmalarda həlak olan əsgərlərin sayının 68-ə yüksəldiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda daha 2 İsrail əsgərinin öldüyü bildirilib.

Açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda 5 İsrail əsgərinin ağır yaralandığı vurğulanıb.
İsrail ordusunun açıqlamasına görə, oktyabrın 27-dən bəri Qəzzada baş verən qarşıdurmalarda həlak olan İsrail əsgərlərinin sayı 68-ə yüksəlib.

Xatırladaq ki, ”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.
İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 13 mindən çox insan Qəzza zolağında həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image