Vətəninfo.az xəbər verir ki, dünən səhər Suriyada SEPAH-a məxsus bir neçə hərbi obyektə hücum nəticəsində 15 nəfər ölüb.
Adı açıqlanmayan İsrail hökumətinin təhlükəsizlik rəsmisinin sözlərinə görə, bu hücum SEPAH-ın İordan çayının qərb sahilinə silah göndərməsi cəhdinə cavabdır.
Bildirilib ki, İsrailin Suriyada yerləşən SEPAH-ın xüsusi əməliyyat bölmələrinə hücumu İrandan sözügedən bölgəyə silah axınının aşkarlanması üzrə uzun və davamlı əməliyyatın bir hissəsidir.
Qeyd olunub ki, İsrailin Təhlükəsizlik Xidməti (ŞinBet) bu hücumu SEPAH-ın Suriyadakı Xüsusi Əməliyyatlar bölməsinə rəhbərlik edən Cavad Ğəffarinin İordan çayının qərb sahilinə silah göndərmək cəhdlərinə qarşı həyata keçirdiyini açıqlayıb.