image-1backend

İsrail və HƏMAS arasında ilk atəşkəs qüvvəyə mindi

image-reklam_sirab_01

İsrail ilə Fələstin radikal HƏMAS hərəkatı arasında 4 günlük atəşkəs başlayıb, bu razılaşma çərçivəsində günün sonunda girovluqda olan 13 israilli qadın və uşaq azad ediləcək və mühasirədə olan Qəzza zolağına humanitar yardımlar daxil olacaq. Bu, təxminən 7 həftədir davam edən müharibə zamanı ilk atəşkəsdir.

Vətəninfo.az-ın məlumatına görə , atəşkəs yerli vaxtla saat 7:00-da başlayıb. İsrail rəsmisi CNN-ə bildirib ki, İsrail həbsxanalarında saxlanılan 39 fələstinli 13 girovun azad edilməsi müqabilində azad ediləcək.

Atəşkəsdə vasitəçi kimi çıxış edən Qətər Xarici İşlər Nazirliyi HƏMAS-ın girov saxladığı 50 nəfərin, eləcə də İsraildəki onlarla fələstinli məhbusun yaxın 4 gün ərzində azad ediləcəyini açıqlayıb. İlk 13 girov yerli vaxtla saat 16:00-da İsrailə qayıdacaq.

Misir atəşkəsin 4 günü ərzində Qəzza zolağına gündə 130 min litr dizel və 4 qaz daşıyan maşın, həmçinin 200 humanitar yardım maşınının daxil olacağını açıqlayıb.

İsrailin müdafiə naziri Yoav Qalant atəşkəsdən sonra döyüşlərin davam edəcəyini açıqlayıb. nazirin sözlərinə görə, hərbi əməliyyatlar ən azı daha 2 ay davam edəcək.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Qəzzanın şimalına nəzarətin uzunmüddətli müharibənin ilk addımı olduğunu bildirib.

“Biz növbəti mərhələlərə hazırlaşırıq”, – Daniel Hagari bildirib.

Oktyabrın 7-də Həmas yaraqlılarının 1200 nəfərin ölümü və 240 nəfərin əsir götürülməsi nəticəsində İsrail Qəzzanı atəşə tutmağa və quru əməliyyatına başladı.

İsrailin hücumları zamanı Qəzzada qurbanların sayı 14 mini keçib. Onların 40 faizi uşaqlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image