image-1backend

İsraildən fantastik hərbi büdcə təsdiq olundu

image-reklam_sirab_01

İsrail hökuməti 8 milyard dollarlıq görünməmiş hərbi büdcəni təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, İsrailin KAN dövlət televiziyası xəbər verir ki, Nazirlər Kabineti dövlət büdcəsində hərbi ehtiyaclarla bağlı xərclərin artırılmasını təsdiqləyib.

Eyni zamanda, bir sıra hökumət üzvləri yenilənmiş büdcənin təsdiqinə qarşı olduqlarını bildiriblər. Onların arasında oktyabrın 7-dən sonra ölkədə yaradılmış hərbi kabinetin üzvü, İsrailin keçmiş müdafiə naziri Benni Qantz da var.

Bundan başqa, baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasından nazirlər Nir Barkat və Ofir Akunis də büdcəni dəstəkləməyib.

Qeyd edək ki, “hərbi büdcə” İordan çayının qərb sahilində ultra-pravoslav və yəhudi məskunlaşanların ehtiyaclarını maliyyələşdirməyi planlaşdırdığı üçün İsrail hökumətində parçalanmaya səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki