Vətəninfo.az xəbər verir ki, oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı artır.
Qəzzadakı media ofisinin verdiyi bəyanatda deyilir: ”İsrailin hücumlarında ölənlərin sayı 14532-yə çatıb. Ölənlərin altı mindən çoxu uşaq, dörd mini də qadındır”.
İsrailin 47 gündür endirdiyi zərbələr nəticəsində 205 səhiyyə işçisi, 25 mülki müdafiə işçisi və 64 jurnalistin həlak olduğu vurğulanıb.
Bəyanatda xəsarət alanların sayının 35 mini keçdiyi, onların 75 faizinin qadın və uşaq olduğu bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin hücumları zamanı 102 ictimai bina dağıdılıb, 266 məktəb zərər görüb, onlardan 67-si fəaliyyətini dayandırıb.
Bəyanatda İsrailin hücumları nəticəsində 85 məscidin tamamilə dağıldığı, 174 məscid və 3 kilsəyə ziyan dəydiyi bildirilib.


























