image-1backend

İsrailin hücumları nəticəsində həlak olanların sayı 14128 nəfərə çatıb

image-reklam_sirab_01

Oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı artır.
Vətəninfo.az xəbər verir ki, Qəzzadakı hökumətin verdiyi bəyanatda deyilir: “İsrailin hücumlarında ölənlərin sayı 828 artaraq 14 128-ə çatıb. Ölənlərin 5 840-ı uşaq, 3 920-si qadındır”.

Bəyanatda xəsarət alanların sayının 33 mini keçdiyi, onların 75 faizinin qadın və uşaq olduğu bildirilib.

Bəyanatda həmçinin İsrailin hücumları zamanı 4500-ü qadın və uşaq olmaqla 6800 nəfərin itkin düşdüyü, cəsədlərinin dağıdılmış binaların dağıntıları altında və ya küçələrdə qaldığı bildirildi və İsrailin 205 səhiyyə işçisini öldürdüyü vurğulandı. İsrailin 46 gündə 22 mülki müdafiə işçisini və 62 jurnalisti öldürdüyü vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki