image-1backend

İSTANBULUN YENİ BƏLƏDİYYƏ BAŞQANI O OLACAQ? – AK Partiya namizədini açıqlayır + VİDEO

image-reklam_sirab_01

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə başqanı vəzifəsinə namizədinin adı açıqlanacaq. 

Vətəninfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, AK Partiyanın başda İstanbul olmaq üzrə böyükşəhər bələdiyyələri üzrə namizədlərdlərinin 11-i bu gün Haliç Konqres Mərkəzində keçiriləcək proqramda təqdim ediləcək.  Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasim Türkiyə vaxtı ilə saat 14-də başlayacaq.

Proqramda qısametrajlı filmin nümayişindən sonra prezident Rəcəb Tayyib Ərdoğan çıxış edəcək və 11-i böyük şəhər bələdiyyəsi olmaqla 26 bələdiyyə başçılığına namizədin adları əlifba sırası ilə açıqlanacaq. Qalan 46 bələdiyyə sədrliyinə namizəd yanvarın 15-də Ankarada açıqlanacaq.

İlkin məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə başqanı vəzifəsinə namizədi ölkənin keçmiş ətraf mühit və iqlim naziri, hazırda İstanbuldan millət vəkili olan Murat Kurumun olacağı gözlənilir. 

 

Bir çox siyasi ekspertlər Murat Kurumun İstanbulun bələdiyyə sədri postu uğrunda mübarizədə İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğluna qalib gəlmə ehtimalının yüksək olduğunu bildirirlər. Bunu da onun hələ nazir olarkən İstanbulda gördüyü işlər, şəhər əhalisi arasında nüfuzu ilə bağlayırlar.

Murat Kurum bu gün yayımlanan açıqlamasında 16 milyon istanbullu üçün mübarizə aparacağını qeyd edib: “İstanbulun nizamsızlığını, insanların zəlzələ riski ilə bağlı qayğılarını birlikdə aradan qaldıracağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki