image-1backend

İsveç XİN: “ İranda daha bir İsveç vətəndaşı həbs edilib” 

image-reklam_sirab_01

İsveçin Xarici İşlər Nazirliyi dünən daha bir vətəndaşının İranda həbs olunduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, adı açıqlanmayan isveçlinin 20 yaşı var və yeni ilin ilk günlərində saxlanılıb.
İsveçin Xarici İşlər Nazirliyinin AFP və Reuters xəbər agentliklərinə göndərdiyi elekton poçta əsasən, bu ölkənin Tehrandakı səfirliyi saxlanılan vətəndaşın vəziyyəti ilə maraqlanmaq üçün İranın rəsmi orqanları ilə əlaqə saxlayır.
Qeyd olunub ki, 1988-ci ilin iyun ayından sentyabr ayına qədər İran zindanlarında minlərlə məhbusun edamında əli olan keçmiş prokuror köməkçisi Həmid Nurinin 2019-cu ilin noyabrında İsveçin Arland aeroportunda həbs edilməsindən sonra İranda bu ölkənin vətəndaşlarına qarşı sərt tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki