Krımın şimal-qərb sahillərində fırtına baş verib, küləyin sürəti saniyədə 40 metrə çatıb.
Vətəninfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yarım milyona yaxın insan işıqsız qalıb, ağaclar aşıb, damlar uçub.
Yarımadanın rəhbəri Sergey Aksyonov hava şəraiti ilə əlaqədar bazar ertəsi gününü qeyri-iş günü elan edib.
Yevpatoriya vilayətində su basmış təsərrüfatlardan yerli sakinlərin təxliyyəsinə başlanılıb.
Krımın qərbində nasos stansiyalarında elektrik enerjisi olmadığından Qara dəniz bölgəsinə suyun verilməsi tamamilə dayandırılıb, mərkəzləşdirilmiş istilik də dayandırılıb.
“Rossiya 24” telekanalının efirində respublika başçısının müşaviri Oleq Kryuçkov bildirib ki, qasırğa nəticəsində bir nəfər həlak olub.
Onun sözlərinə görə, yarımada sakinlərindən biri dalğalara baxmaq üçün çıxıb, lakin onlarla toqquşaraq həlak olub.
Bundan əlavə, noyabrın 27-də səhər saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyi Krımda əlverişsiz hava şəraiti səbəbindən bir nəfərin itkin düşdüyü, dörd nəfərin isə yaralandığı barədə məlumat yayıb.


























