image-0c4f42a0766ce718db2d22178dff61b2backend

Lavrov: “Hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib”

image-reklam_sirab_01

“Təəssüf ki, hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib, təşkilatın gələcəyi ilə bağlı suallar cavablardan çoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib.

O, NATO-nu Avropada təhlükəsizlik sisteminin dağıdılmasında ittiham edib.

Rusiya XİN başçısı xatırladıb ki, NATO qeyri-qanuni olaraq 1999-cu ildə Yuqoslaviyanı bombalayıb, sonra Kosovonu ondan ayırıb.

Lavrov bundan başqa NATO-nu keçmiş sovet respublikalarını Rusiyaya qarşı çıxmağa məcbur etməkdə ittiham edib.

“2008-ci ildə NATO-nun Buxarest Sammitində Mixail Sarkaşviliyə alyansa üzv olmaq vədi verildikdən sonra Gürcüstan Cənubi Osetiyaya qarşı hücuma keçib”, – Lavrov deyib.

Onun sözlərinə görə, NATO indi də Moldovanı eyni proseslərə cəlb edir və Dnestryanı münaqişənin güc yolu ilə həllinə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki