image-1jpgbackend

Leysan yağışlar 11 nəfərin ölümünə səbəb oldu

image-reklam_sirab_01

Rio-de-Janeyroda başlayan leysan yağışları nəticəsində azı 11 nəfər həlak olub. Vətəninfo.az xəbər verir ki, bələdiyyənin operativ monitorinq mərkəzindən bazar günü verilən məlumata görə, onun əsas magistrallarını su basıb, yerüstü nəqliyyatın və metronun fəaliyyəti dayandırılıb.

“Rio-de-Janeyronun şimal bölgəsində və yaxınlıqdakı şəhərətrafı ərazilərdə yağan leysan yağışlar əsas magistral yolların su altında qalmasına və ictimai nəqliyyatın iflic olmasına səbəb olub. Zərərçəkənlər də var”, – deyə məlumatda bildirilir. İdarədən verilən məlumata görə, insanların ölümünə səbəb sürüşmə və elektrik cərəyanı vurması olub. Zərərçəkənlərin axtarışları davam edir.

Bələdiyyə beş mümkün təhlükə səviyyəsindən dördüncü səviyyəni elan edib. Mer Eduard Paes şəhərdə fövqəladə vəziyyət elan etdi, o, X (keçmiş Twitter) vasitəsilə Rio sakinlərinə müraciət etdi və onları vəziyyət düzələnə qədər dərhal evlərini tərk etməyə çağırdı.

İşçilərinin Braziliya xilasediciləri hesab edilən mülki müdafiə xidməti 30-a yaxın su basmış magistral və elektrik təchizatında nasazlıqlar olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki