image-1backend

Makron İranın nüvə proqramı ilə bağlı narahatlığını ifadə edib

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə bölgədəki gərginlik fonunda Parisin İranın nüvə proqramının inkişafından narahat olduğunu qeyd edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı xatırladıb ki, Fransa regional qeyri-sabitlik kontekstində İranın nüvə proqramının hazırkı inkişaf trayektoriyasından narahatdır”, – TASS bəyanatın bir hissəsini sitat gətirib.

Makron və Qrossi vurğulayıblar ki, Tehran MAQATE ilə tam əməkdaşlıq etməli və beynəlxalq ictimaiyyəti İranın nüvə proqramının dinc xarakter daşıdığına əmin etməlidir.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla Tehranın nüvə inkişafı ilə bağlı böhranın aradan qaldırılmasına yönəlmiş Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. Sənəd sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu, bunun müqabilində İran nüvə fəaliyyətlərini məhdudlaşdırmağa borclu idi. 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp birtərəfli qaydada həmin sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı rəhbəri Co Bayden dəfələrlə bəyan edib ki, Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazırdır.

2021-ci ilin aprel ayından etibarən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İranla JCPOA-nı orijinal formasına qaytarmaq üçün danışıqlar aparır. 2022-ci ilin noyabrında Qrossi Vyanada İran nümayəndələri ilə danışıqların növbəti mərhələsinin heç bir nəticə vermədiyini elan etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki