image-1backend

Marapi vulkanı 11 nəfərin ölümünə səbəb oldu

image-reklam_sirab_01

İndoneziyada Marapi vulkanının püskürməsi nəticəsində 11 alpinist həlak olub, daha 12 nəfər itkin düşüb. Onların axtarışları təhlükəsizlik səbəbi ilə dayandırılıb. Bu barədə Vətəninfo.az “ Reuters” agentliyinə istinadən xəbər verir.

Marapi vulkanı dekabrın 3-də İndoneziyanın Qərbi Sumatra əyalətində püskürüb. Alpinistlərin ümumi sayı 75 nəfər olub. Dekabrın 4-də 11 alpinistin, eləcə də sağ qalan 3 nəfərin cəsədi tapılıb. Əvvəllər 49 alpinist təxliyə edilib, onların çoxu yanıb.

Marapi Sumatra adasındakı ən aktiv vulkanlardan biridir. 1979-cu ildə vulkanın püskürməsi zamanı 60 nəfər həlak olub.

Marap vulkanı bu ilin yanvar və fevral aylarında da püskürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki