image-1backend

Maşınının partlaması nəticəsində 40 nəfər həlak oldu

image-reklam_sirab_01

Liberiyanın mərkəzi hissəsində tankerin partlaması nəticəsində azı 40 nəfər ölüb, onlarla insan yaralanıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə “Liberian Observer” qəzeti baş həkim və səhiyyə nazirinin müavini Frensis Katehiyə istinadən məlumat yayıb.

Daha əvvəl Agence France-Presse polisə istinadən xəbər vermişdi ki, 15 qurban və 30-dan çox yaralı var.

Nəşr qeyd edir ki, tanker dekabrın 26-da axşam saatlarında Liberiyanın Bonqi qraflığının Totota şəhərində yoldan çıxıb və partlayıb. Şahidlərin sözlərinə görə, qəzadan sonra bir neçə nəfər tökülən benzini toplamağa çalışıb, sonra partlayış baş verib.

Həlak olanlar arasında bir qadın və 6-9 yaşlı üç uşaq da var. Səhiyyə nazirinin müavini qeyd edib ki, zərərçəkənlərin sayı arta bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki